Vladimir Putin: "VI Bakı Beynəlxalq Humanitar Forumunun mövzusu müasir cəmiyyət üçün çox əhəmiyyətlidir"


Siyasət 25 Okt 2018 12:19:00 276 0

Vladimir Putin: "VI Bakı Beynəlxalq Humanitar Forumunun mövzusu müasir cəmiyyət üçün çox əhəmiyyətlidir"

"Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu müasir cəmiyyət üçün çox əhəmiyyətlidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin tədbirin rəsmi açılış mərasimində səsləndirilmiş müraciətində deyilir.

Müraciətdə tədris və maarif sistemlərinin təkmilləşdirilməsi, mədəniyyət və incəsənətin dəstəklənməsi, informasiya təhlükəsizliyinin və əqli mülkiyyətin qorunması ilə bağlı aktual məsələlər üzrə hərtərəfli müzakirələrin vacibliyi vurğulanıb.

Rusiya Prezidenti əmin olduğunu bildirib ki, forum iştirakçıları peşəkar təcrübələrini bölüşəcək və səmərəli beynəlxalq əməkdaşlığın yeni perspektivli forma və istiqamətlərini müəyyənləşdirəcək.

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb. Hazırda Forum işini davam etdirir.