Ana və qızını maşın vurub


Kriminal 24 Okt 2018 21:42:00 278 0

Ana və qızını maşın vurub

Sumqayıt şəhərində iki nəfərin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "report"-a istinadən bildirir ki, yerli sakinlər - 1977-ci il təvəllüdlü Zeynalova Sevil Habil qızı və onun 20 yaşlı qızı Səbinə Zeynalova şəhərin 13-cü mikrorayonu ərazisində yolu keçərkən qarşı tərəfdən gələn avtomobil tərəfindən vurulub.

Yaralılar dərhal "təcili yardım" maşını ilə xəstəxanaya çatdırılıb. Ana və balanın vəziyyəti ağır olduğundan , onlar Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndəriliblər. Sürücü hadisə yerindən qaçsa da, sonradan polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.