Bu, Rusiyanın Ermənistana siyasi təzyiqidir Savelyevin Xocalı bəyanatının şərhi


Siyasət 24 Okt 2018 07:00:00 275 0

Bu, Rusiyanın Ermənistana siyasi təzyiqidir  Savelyevin Xocalı bəyanatının şərhi

"Rusiya Dövlət Dumasının üzvü, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Dmitri Savelyevin Xocalı faciəsinin bütün dünyada Azərbaycan xalqının soyqırımı kimi tanınması üçün çağırış etməsinin bir sıra maraqlı tərəfləri var".

Bu barədə Son.az-a açıqlasında "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov bildirib.

Dmitri Savelyev: "Xocalı faciəsinin Azərbaycan xalqının soyqırımı kimi dünyada tanınması üçün bütün səylər göstərilməlidir" - FOTO  Ekspertin sözlərinə görə, onlardan birincisi budur ki, ilk dəfədir ki, Rusiya parlamentinin deputatı bu bəyanatı Türkiyədə verir: "Biz bilirik ki, Rusiya-Türkiyə münasibətləri çox dərin böhrandan sonra bərpa olunub və sürətlə inkişaf edir. Kayseridə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı zamanı belə bir bəyanatın verilməsi göstərir ki, Azərbaycan dövlətinin məqsədyönlü xarici siyasəti Xocalı soyqırımının 10 dövlət tərəfindən tanınması prosesi davam edir. Yəni indiki halda bunu bir dövlət etmir, rusiyalı deputat Türkiyədə bəyan edir. Təbii ki, bu bəyanat həm Azərbaycan üçün böyük göstəricidir, həm də Türkiyə-Rusiya münasibətlərinə müsbət təsir edəcək".

E.Ələsgərovun fikrincə, bu onu göstərir ki, Rusiyada Xocalı soyqırımı ilə bağlı fikirlər artıq formalaşır: "Çünki uzun müddətdir Rusiyada Xocalı ilə bağlı susqunluq var idi. Lakin həm Dmitri Savelyevin bu bəyanatı, həm də Rusiya mediasında tez-tez Xocalı ilə bağlı materialların işıq üzü görməsi göstərir ki, Rusiya bu mövzuda Azərbaycanı müəyyən dərəcədə dəstəkləməyə yönəlmiş addımlar atır. Xocalı hadisəsi böyük faciədir və onun soyqırım kimi tanınması çox önəmlidir. Biz bilirik ki, Savelyev Cocuq Mərcanlıda da olub və Rusiyanın bir sıra ictimai-siyasi xadimləri ilə birgə bəyanat vermişdilər. Təbii ki, bütün bunlar bizim üçün müsbət haldır. Bu cür insanların, ictimai-siyasi xadimlərin, partiya rəhbərlərinin Xocalı hadisəsinin soyqırım olduğunu anlaması, bunu bəyan etməsi Azərbaycana açıq dəstək deməkdir. Ən əsası böyük mənada bu Ermənistana xüsusən Rusiyanın siyasi təzyiq etməsi deməkdir".

Ermənistan Rusiyaya xəyanət etdi - Cəzası necə olacaq? Qeyd edək ki, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Türkiyənin Kayseri şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəsinin açılışında deyib ki, Xocalı faciəsinin bütün dünya meydançalarında Azərbaycan xalqının soyqırımı kimi tanınması üçün bütün səylər göstərilməlidir.

D.Savelyev bildirib: "Nürnberq məhkəməsi İkinci Dünya Muharibəsi zamanı dinc sakinlərin öldürməsinə əmr verənlərlə bağlı layiqli qərar verdi. Xocalıda isə dəhşətli faciənin günahkarları hələ də yaşayır və aparıcı siyasi postları tuturlar. Hörmətli həmkarlar, biz Xocalı faciəsinin bütün dünya meydançalarında Azərbaycan xalqının soyqırımı kimi tanınması üçün bütün səyləri göstərməliyik".

Dövlət Dumasının deputatı Kayseridə təhsil alan və abidənin açılışında iştirak edən xarici tələbələrə müraciət edərək deyib: "Təhsil almağınızı bitirib, ölkələrinizə qayıdanda, Azərbaycanda 26 il bundan əvvəl törədilən dəhşətli faciə barədə siyasətçilərinizə, deputatlarınıza danışın. Bundan ötrü danışın ki, sizin parlamentlər rəsmi olaraq bu faciəni Azərbaycan xalqının soyqırımı kimi tanısın. Bu cür faciələr təkrarlanmalıdır".

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, Facebook, Twitter və Youtube resurslarından da əldə etmək mümkündür.

İlkin İzzət