Putin oktyabrın 23ü Boltonu qəbul edəcək


Siyasət 23 Okt 2018 08:53:00 238 0

Putin oktyabrın 23ü Boltonu qəbul edəcək

Ruisiya prezidenti Vladimir Putin oktyabrın 23-ü ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu qəbul edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "RİA novosti"yə Rusiya prezidentinin mətbuat latibi Dmitri Peskov bildirib.

Daha əvvəl D.Peskov bildirmişdi ki, Rusiya ilə orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxma barədə Vaşinqtondan səslən son bəyanatlardan sonra ABŞ tərəfindən izah tələb olunacaq.

Xatırladaq ki, oktyabrın 20-si ABŞ prezidenti Donald Tramp Rusiya ilə orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxacağını bildirmişdi. Onun sözlərinə görə, ABŞ-ın bu müqavilədən çıxmasına səbəb Rusiyanın müqavilənin şərtlərini pozmasıdır.

Qeyd edək ki, orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilə 1987-ci ilin 8 dekabrında Mixail Qorbaçovun Vaşinqtona səfəri zamanı imzalanıb.