Boşanmaq istəyən qadına qarşı AĞLASIĞMAZ ƏMƏL: çılpaq görüntüsünü... BAKIDA


Kriminal 21 Okt 2018 07:44:00 282 0

Boşanmaq istəyən qadına qarşı AĞLASIĞMAZ ƏMƏL: çılpaq görüntüsünü...  BAKIDA

Bakıda evli qadını şantajla pul tələb etməkdə təqsirləndirilən Astan Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Astan Əzizov 8 il azadlıqdan məhrum edilib.

İttihama görə, Astan Əzizov Sevinc Əliyevanı (ad və soyad şərti verilib - red.) şantaj edərək pul tələb edib.

Astan Sevinclə ilə sosial şəbəkədə tanış olub. Aralarında isti münasibət yaranan şəxslər biri-birlərinə intim şəkillərini göndəriblər. Bir müddət keçəndən sonra Astan Sevinci şantaj edib, onun intim şəkillərini sosial şəbəkədə yayacağı və qadını biabır edəcəyi ilə hədələyib.

Astan Əzizov bu şəkilləri yaymamaq üçün qadından ümumilikdə 4 min dollar pul tələb edib. Qadın tələb olunan pulu ona verib.