“Əli və Nino” filmi Litvada nümayiş olunub FOTO


Kriminal 20 Okt 2018 18:20:00 269 0

“Əli və Nino” filmi Litvada nümayiş olunub  FOTO

Litvanın paytaxtı Vilnüs şəhərinin ən böyük film mərkəzi olan "Forum Cinemas Vingis" kinoteatrında "Əli və Nino" filminin nümayişi olub.

Son.az bildirir ki, Azərbaycanın Litvadakı səfirliyindən Trend-ə verilən məlumata görə, film Litva dilinə tərcümə edilərək subtitrlərlə nümayiş etdirilib.

Tədbirdə Litva dövlət və hökumət qurumlarının nümayəndələri, bu ölkədə akkreditə olunan xarici ölkə səfirləri və diplomatları, yerli ictimai-siyasi təşkilatların əməkdaşları, elm və mədəniyyət xadimləri, KİV nümayəndələri, soydaşlarımız, Litva universitetlərində təhsil alan gənclər iştirak ediblər.


Xəbərə aid fotolar