Caz sevənlərə: “jAzzeri Bands & Art” konsert proqramı keçiriləcək


Kriminal 19 Okt 2018 18:48:00 277 0

Caz sevənlərə: “jAzzeri Bands & Art” konsert proqramı keçiriləcək

Noyabrın 21-də Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçılarının konsert proqramı keçiriləcək.

"jAzzeri Bands & Art" caz musiqisi axşamında Dihaj, Əfqan Rəsul, Nərmin Məmmədli, Elina Maysuradze, Teymur Süleymanbəyli, Nərmin Kərimbəyova, Elvin Bəşirov iştirak edəcəklər. Konsertin xüsusi qonağı qismində kubalı musiqiçi Yanssel Castellon rəhbəri olduğu "Los Amigos" qrupu ilə birgə çıxış edəcək. Qrup üzvləri tamaşaçılara Latın Amerikası və Kubanın zəngin musiqi və ritmlərini təqdim edəcəklər.

Qeyd edək ki, Sarayın foyesində caz musiqisini özündə əks etdirən rəsm sərgisi nümayiş ediləcək.