Ərdoğan: "Azərbaycan hər zaman Türkiyənin yanında olub"


Siyasət 19 Okt 2018 14:32:00 241 0

Ərdoğan: "Azərbaycan hər zaman Türkiyənin yanında olub"

Azərbaycan hər zaman Türkiyənin yanında olub və qardaş ölkədir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu STAR Neft Emalı Zavodunun açılışını şərh edərkən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, Azərbaycanın Türkiyənin yanında olması və onun nailiyyətləri Ankaranı sevindirir.

Qeyd edək ki, bu gün İzmir şəhərində SOCAR-a məxsus STAR Neft Emalı Zavodunun açılışı baş tutacaq.