"YeniZamanNovoye Vremya" qəzetinə olan basqınla bağlı


Kriminal 16 Okt 2018 13:03:52 278 0

"YeniZamanNovoye Vremya" qəzetinə olan basqınla bağlı

Bu gün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov "Yeni-Zaman-Novoye -Vremya"qəzetinin baş redaktoru Şakir Habil oğluna zəng edib.

Son.az xəbər verir ki, Ehsan Zahidov baş redaktora bildirib ki, redaksiyaya olan basqınla bağlı açılan cinayət işini Daxili İşlər Naziri general-polkovnik Ramil Usubov şəxsi nəzarətinə götürüb. Nazir bu cinayətin tezliklə açılması üçün Bakı Şəhər Baş Polis İdarəsinin və Nərimanov Rayonu Polis İdarəsinin rəhbərliyinə xüsusi göstərişlərini verib.