Azərbaycanlı qadınları Rusiyaya satan şəxs həbs edildi


Kriminal 15 Okt 2018 15:58:00 230 0

Azərbaycanlı qadınları Rusiyaya satan şəxs həbs edildi

Azərbaycanlı qadınları Rusiyada və Ukraynada cinsi istismara məruz qoyan 1977-ci il təvəllüdlü Elçin Heydərovun barəsində həbs-qətimkan tədbiri seçilib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baş tutan prosesdə istintaq orqanının təqdimatı təmin olunub. 

Məhkəmənin qərarı ilə Elçin Heydərovun barəsində həbs-qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, "İnterpol" xətti ilə axtarışda olan Bakı şəhər sakini Elçin Heydərov bu ilin fevralında Ukraynada tutulub. Onun barəsində məhkəmə araşdırması aparılandan sonra bu günlərdə Azərbaycana göndərilib.