"Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan daha inamlı oldu"


Siyasət 15 Okt 2018 13:25:00 250 0

"Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan daha inamlı oldu"

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət başçısı seçilməsinin 15 ili tamam olur. Cənab Prezidentin fəaliyyətinin əsas nəticəsi Azərbaycanın müstəqil daxili və xarici siyasət nəticəsində dövlətçiliyini qoruyub saxlaması və möhkəmləndirməsi oldu.

Son.az xəbər verir ki, bu barədə Milli Məclisin üzvü, YAP İcra Katibliyinin şöbə müdiri Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, məhz Prezident İlham Əliyevin hakimiyyəti illərində Ulu Öndər Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilərək vətəndaşların hüquq və azadlıqlarını təmin etmək, iqtisadiyyatı gücləndirmək, insanların sosila vəziyyətini yaxşılaşdırmaq və ölkənin beynəlxalq nüfuzunu möhkəmləndirmək mümkün oldu:

"Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini gücləndi, Ermənistanın izolyası gücləndi və beynəlxalq birliyin dəstəyi daha çox oldu.

Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan daha inamlı oldu və milli maraqlarını qoruya bilən bir ölkə imicini daha da gücləndirdi".

İlkin İzzət Son.az