İrəvanın yeni meri Qarabağa gəldi


Siyasət 14 Okt 2018 19:19:00 263 0

İrəvanın yeni meri Qarabağa gəldi

Ermənistanın paytaxtı İrəvan şəhərinin yeni meri Ayk Marutyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, o, qanunsuz səfəri çərçivəsində separatçıların Xankəndindəki nümayəndəsi Suren Qriqoryanla görüşüb.

Qeyd edək ki, Ayk Marutyan oktyabrın 13-də İrəvan şəhərinin meri kimi fəaliyyətinin icrasına başlayıb.