Rəsmi Bakı Ermənistan rəhbərliyinin son dövrlərdəki davranışlarına reaksiya verib VİDEO


Siyasət 13 Okt 2018 19:09:00 205 0

Rəsmi Bakı Ermənistan rəhbərliyinin son dövrlərdəki davranışlarına reaksiya verib  VİDEO

Son dövrlər Ermənistan rəhbərliyi yenə də cəfəng açıqlamalar verməklə məşğuldurlar. Onlar beynəlxalq ictimaiyyəti aldatmaqdan belə çəkinmirlər.

Rəsmi Bakı Ermənistan rəhbərliyinin son dövrlərdəki davranışlarına reaksiya verib.

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib ki, Ermənistan rəhbərliyinin Ermənistan-Azərbaycan münaqisəsinə insan hüquqlari donu geyindirməsi cəhdləri və Azərbaycanın guya erməni əhali olmadan əraziləri tələb etməsi barədə iddialari tamamilə əsassızdır və cəfəngiyatdir.

Hikmət Haciyev qeyd edib ki, Ermənistan gücdən istifadə etməklə Azərbaycanin ərazilərini, o cümlədən Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal edib, həmin ərazilərdə qondarma separatçı rejim yaradıb. Bununla yanaşı, işğal edilmiş Dağlıq Qarabağın azərbaycanlı icması və ətraf rayonların sakinlərinə qarşı qanlı etnik təmizləmə törədilib.

Onun sözlərinə görə, Ermənistan anlamalıdır ki, hərbi təcavüz və qanlı etnik təmizləmə və insan hüquqlarının kütləvi şəkildə və kobud pozulması ilə müşayiət olunan vəziyyət heç vaxt legitim qəbul oluna bilməz.

Hikmət Hacıyev vurğulayıb ki, Ermənistan Dağlıq Qarabagın erməni və azərbaycanlı icmaları arasında təmasların yaradılmasına mane olur.

Hikmət Hacıyev əlavə edib ki, Ermənistanın bu cür davranışları onların həqiqi niyyətlərini bir daha aydın şəkildə biruzə verir. Bu isə işğal və təcavüz faktını gizlətmək cəhdindən başqa bir şey deyil.

Hikmət Hacıyev bildirib ki, Ermənistan tərəfi bu istiqamətdə olan destruktiv əməllərinə son qoymalı, münaqişənin həlli istiqamətində konstruktiv addımlar atmalıdır. Onlar reallığı düzgün qiymətləndirməli, əvvəlki rejimin səhvlərini təkrarlamamalıdır.

Prezident Administrasiyası rəsmisinin sözlərinə görə, Ermənistandan fərqli olaraq Azərbaycanın zəngin multikultural ənənələri var, ölkəmizdə müxtəlif etnik və dini icmaların nümayəndələri əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycan bu kimi dəyərləri milli və beynəlxalq səviyyədə təşviq edir.

Videonu izləmək üçün şəklə klikləyin: