Xalq Mahnıları Festivalının bağlanış günü "Qara gilə" ifa olundu, Ramil Qasımov dirijorluq etdi


Kriminal 13 Okt 2018 18:54:00 321 0

Xalq Mahnıları Festivalının bağlanış günü  "Qara gilə" ifa olundu, Ramil Qasımov dirijorluq etdi

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq Mahnıları Festivalının bağlanış mərasimi keçirilib.

Son.az xəbər verir ki, anşlaqla baş tutan gecədə əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun baş dirijorluğu ilə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestrinin müşayiəti ilə əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Ramil Qasımov konsert proqramı ilə çıxış edib.

Festivalın bədii rəhbəri Ramil Qasımov 5 gün müddətində keçirilən Xalq Mahnıları Festivalında bir-birindən maraqlı xalq mahnılarını nümayiş etdirən kollektivlərə təşəkkürünü bildirib:

"Çox sevindirici bir haldır ki, Azərbaycan Radiosunun Qızıl Fondunda illərlə tarixi olan və saxlanilan xalq mahnıları bugünkü nəsilə çatdırılır. 100 ilə yaxın tarixi olan xalq mahnılarını müasir gəncliyə sağlam şəkildə ötürdüyümuz üçün qürur hissi duyuruq".


Xəbərə aid fotolar