Bakı Media Mərkəzinin istehsal etdiyi veriliş beynəlxalq festivalda mükafat qazanıb


Kriminal 13 Okt 2018 18:08:00 357 0

Bakı Media Mərkəzinin istehsal etdiyi veriliş beynəlxalq festivalda mükafat qazanıb

Bakı Media Mərkəzinin istehsalı olan "Oralar" verilişi Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Beynəlxalq Turizm Filmləri Festivalında "Televiziya verilişləri" nominasiyasında birinci yerə layiq görülüb.

Son.az bildirir ki, Bakı Media Mərkəzindən Trend-ə verilən məlumata görə, "Oralar" verilişi birinci yerin mükafatını yeni orijinal formatı və peşəkar təqdimatına görə qazanıb.

Zaqreb Festivalı Beynəlxalq Turizm Filmləri Festivalı Komitəsinin üzvüdür və bu sahədə ən nüfuzlu tədbirlərdən biri sayılır. Festival hər il Xorvatiya Prezidentinin himayəsi altında keçirilir. Bu il festivala 91 ölkədən 807 iş təqdim olunub

Bakı Media Mərkəzinin istehsal etdiyi "Oralar" verilişi dünyanın ən məşhur şəhərlərindən bəhs edir. Həm əyləncəli, həm də maarifləndirici olan bu verilişin məqsədi dünya şəhərlərini seyr edib, onların görsənən və görsənməyən tərəflərini Azərbaycan tamaşaçısına təqdim etməkdir.


Xəbərə aid fotolar