İçərişəhərdə növbəti plener “Böyük Britaniya Azərbaycan rəssamlarının gözü ilə”


Kriminal 13 Okt 2018 17:58:00 278 0

İçərişəhərdə növbəti plener  “Böyük Britaniya Azərbaycan rəssamlarının gözü ilə”

Oktyabrın 14-də İçərişəhərdə açıq havada "Böyük Britaniya Azərbaycan rəssamlarının gözü ilə" adlı plener keçiriləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, plener Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin təşəbbüsü, Mədəniyyət Nazirliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Arts Council Azerbaijan" təşkilatının birgə dəstəyi ilə təşkil olunacaq.

Yaşlı və gənc fırça ustalarının sənət əsərlərinin yer alacağı plener çərçivəsində Böyük Britaniyanın adət və ənənələri, mədəniyyəti, eləcə də təbiəti rəssamlar tərəfindən tablolara köçürüləcək.