Hikmət Hacıyev: "Ermənistan rəhbərliyinin münaqişəyə insan hüquqları donu geyindirməsi cəhdləri cəfəngiyatdır"


Siyasət 12 Okt 2018 19:12:00 55 0

Hikmət Hacıyev: "Ermənistan rəhbərliyinin münaqişəyə insan hüquqları donu geyindirməsi cəhdləri cəfəngiyatdır"

Ermənistan rəhbərliyinin Ermənistan-Azərbaycan münaqişəsinə insan hüquqları donu geyindirməsi cəhdləri və Azərbaycanın guya erməni əhali olmadan əraziləri tələb etməsi barədə iddiaları tamamilə əsassızdır və cəfəngiyatdır.

Son.az bildirir ki, bu barədə Trend-ə Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, Ermənistan BMT nizamnaməsinə zidd olaraq, gücdən istifadə etməklə Azərbaycanın ərazilərini, o cümlədən Dağlıq Qarabağ və yeddi ətraf regionu işğal edib və həmin ərazilərdə qondarma separatçı rejim yaradıb:

"Ermənistan Azərbaycana qarşı təcavüzünün tərkib hissəsi olaraq, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə müşayiət olunan çoxsaylı hərbi cinayətlər, insanlıq əleyhinə cinayət əməlləri törədilib.

İşğal edilmiş Dağlıq Qarabağın azərbaycanlı icmasına və ətraf rayonların sakinlərinə qarşı qanlı etnik təmizləmə törətməklə Ermənistan yerli azərbaycanlı əhali olmadan həmin əraziləri qanunsuz yolla ilhaq etmək kimi məqsədlər güddüyünü açıq şəkildə nümayiş etdirir.

Bir milyondan artıq azərbaycanlı məcburi köçkün və qaçqının ən ümdə hüquqlarını kobud şəkildə pozduğu halda, Ermənistanın insan hüquqlarından danışması hər hansı siyasi, hüquqi və mənəvi çərçivəyə sığmır.

Bu siyasətin davamı olaraq, Ermənistan Dağlıq Qarabağın azərbaycanlı icmasının mövcudluğunu belə inkar etməyə çalışır. Həmçinin, hər bir vəchlə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqun yaradılmasına imkan vermir.

Fundamental insan hüquq və azadlıqları universal xarakter daşıyır və bütün insanlığa şamil olunaraq, bərabər əsasda və ayrı-seçkilik olmadan tətbiq olunmalıdır. 1993-cü il Vyana Bəyannaməsi və Fəaliyyət Proqramında təsbit olunduğu kimi, "bütün insan hüquqları universaldır, ayrılmazdır, qarşılıqlı şəkildə asılı və bağlıdır". İnsan hüquqları üzrə beynəlxalq sənədlərdə aydın şəkildə təsbit olunub ki, başqalarının hüquqlarının pozulması halında ilə heç bir hüquq və azadlıq ifadə oluna bilməz.

Ermənistanın bu cür iddiaları işğal siyasətini gizlətmək, real vəziyyət barədə qeyri-həqiqi təəssürat yaratmaq və beynəlxalq ictimaiyyəti aldadaraq, münaqişənin əsasını təşkil edən Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan ərazilərinin hərbi işğalı faktından diqqəti yayındırmaq cəhdlərindən başqa bir şey deyildir.

Ermənistan başa düşməlidir ki, hərbi təcavüz və qanlı etnik təmizləmə və insan hüquqlarının kütləvi şəkildə və kobud pozulması ilə müşayiət olunan vəziyyət heç vaxt legitim qəbul oluna bilməz. Ona görə də beynəlxalq ictimaiyyət yekdilliklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir.

İşğalçılıq siyasətinə son qoymadan və beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirmədən Ermənistanın demokratik və sivil cəmiyyət qurmaq barədə iddiaları sözdən başqa bir şey deyildir.

Monoetnik dövlət olan Ermənistandan fərqli olaraq, Azərbaycan mültikultural və inklusiv cəmiyyətə malik dövlətdir. Müxtəlif etnik və dini icmalar Azərbaycanda əsrlər boyu sülh şəraitində birgə yaşayırlar. Bu gün dövlət siyasəti ilə bu ənənələr daha da gücləndirilir.

BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması ilə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının sülh şəraitində birgə yaşayışı üçün imkanlar yarana bilər.

Nəticə etibarilə də regionda davamlı sülh, sabitlik və təhlükəsizlik təmin olunar".

Son.az 

“Qardaşımı dostu öldürdü” like
  • 12 Okt 19:00  
Şou-biznes “Qardaşımı dostu öldürdü”

Mən çox istiyərdim ki, qardaşım yanımda olsun. Qardaş mövzusu mənim yar

arrow Ətraflı
Dünyanın nüfuzlu pul köçürmə sistemi - “Zolotaya Korona” indi "Unibank Mobile"da like
  • 12 Okt 18:57  
Digərləri Dünyanın nüfuzlu pul köçürmə sistemi - “Zolotaya Korona” indi "Unibank Mobile"da

Cəmi bir neçə saniyəyə, elə olduğunuz yerdə, dünyanın onlarla ölkəsi

arrow Ətraflı
Jurnalistin konsulluqda işgəncə ilə öldürülməsi ilə bağlı yeni detallar: like
  • 12 Okt 18:56  
Dünya Jurnalistin konsulluqda işgəncə ilə öldürülməsi ilə bağlı yeni detallar:

Türkiyə səlahiyyətlilərinin əlində səudiyyəli müxalif jurnalist Camal

arrow Ətraflı
“Qazprom” və SOCAR Azərbaycana qaz tədarükünü müzakirə edib like
  • 12 Okt 18:52  
Digərləri “Qazprom” və SOCAR Azərbaycana qaz tədarükünü müzakirə edib

Rusiyanın "Qazprom" şirkəti ilə SOCAR Azərbaycana təbii qaz təd

arrow Ətraflı
Azərbaycan şoubiznesi İnstagramda like
  • 12 Okt 18:48  
Şou-biznes Azərbaycan şoubiznesi İnstagramda

Məşhurlar bu gün də ən yeni şəkillərini İnstaqram sosial şəbəkəsind

arrow Ətraflı
“Qazprom” və SOCAR Azərbaycana qaz tədarükünü müzakirə edib like
  • 12 Okt 18:43  
Digərləri “Qazprom” və SOCAR Azərbaycana qaz tədarükünü müzakirə edib

Rusiyanın “Qazprom” şirkəti ilə SOCAR Azərbaycana təbii qaz tədarük

arrow Ətraflı
Donald Tramp azadlığa buraxılan keşişlə bağlı münasibət bildirdi like
  • 12 Okt 18:40  
Dünya Donald Tramp azadlığa buraxılan keşişlə bağlı münasibət bildirdi

"Keşiş Bransonla bağlı məsələ üzrə çox gərgin işlədik".

arrow Ətraflı
Polşa vətəndaşı Azərbaycan xalqından və dövlətindən üzr istədi like
  • 12 Okt 18:36  
Digərləri Polşa vətəndaşı Azərbaycan xalqından və dövlətindən üzr istədi

Polşa Respublikasının vətəndaşı, Volomin povyatının starostası Kazimir

arrow Ətraflı
Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında  like
  • 12 Okt 18:24  
Siyasət Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında

Özbəkistanın Daşkənd şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) i

arrow Ətraflı