Gürcüstan həbsxanalarında 92 Azərbaycan vətəndaşı saxlanılır


Kriminal 12 Okt 2018 13:56:00 277 0

Gürcüstan həbsxanalarında 92 Azərbaycan vətəndaşı saxlanılır

Gürcüstan həbsxanalarında Azərbaycan vətəndaşı olan 92 nəfər saxlanılır. 

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyinin cari ilin avqust ayı üzrə hesabatında bildirilib.

Qonşu ölkədə həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının 18-i təqsirləndirilən şəxs, 74-ü isə məhkumdur. Təqsirləndirilənlərin 16-sı kişi, 2-si qadın, məhkumların isə 67-si kişi, 7-si qadındır.

Gürcüstanın cəzaçəkmə müəssisələrində saxlanılan əcnəbilərin 16,1%-ni Azərbaycan vətəndaşları təşkil edir.