CinemaPlus Çexiyanın Hollivudu "Barrandov Studios" studiyasını ziyarət etmək imkanı yaradır VİDEO


Kriminal 10 Okt 2018 18:24:00 269 0

CinemaPlus Çexiyanın Hollivudu "Barrandov Studios" studiyasını ziyarət etmək imkanı yaradır  VİDEO

"CinemaPlus" kinoteatrlar şəbəkəsi Sevimli Bala məşhur uşaq klubu şəbəkəsi ilə əməkdaşlığa başlayıb.   Sevimli Bala uşaq Mərkəzləri şəbəkəsinin filialı olan, Talent Studio by Sevimli Bala tamamilə yeni - Film Academy layihəsinə start verib. Yeni konsepsiyalı layihə, gələcək ulduzlar üçün kino dünyasına yol açacaq! 6 ay müddətində öz işlərinin peşəkarları uşaqlara aktyor ustalığı, aparıcı, rejissor, operator, qrimçi sənəti ilə tanış edəcəklər, həmçinin, onları əsl natiq olmaq üçün düzgün səhnə nitqini öyrədəcəklər!

Altı aylıq kursun nəticəsi olaraq, peşəkar münsiflər heyəti qalibi seçəcəklər, hansı ki, əsas uduş olaraq - Çexiyada kino-düşürgəyə səfər qazanacaq! Düşərgə Karlovı Varada təşkil olunan Beynəlxalq Kinofestival zamanı keçiriləcək və xüsusi ekskursiyalarda və müxtəlif tədbirlədə iştirak etmək, həmçinin, Çexiyanın Hollivudu sayılan məşhur "Barrandov Studios" studiyasını ziyarət etmək imkanı yaradır!

Film Academy-nin proqramına aktyorluq dərsləri, ritorika, ekskursiyalar və xüsusi qonaqlar tərəfindən master-klasslar daxildir.

Layihədə iştirak yaşı 9-13 arasıdır.