Mikayıl Cabbarova 3cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib


Siyasət 10 Okt 2018 18:11:00 272 0

Mikayıl Cabbarova 3cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib

Prezident İlham Əliyev M.Ç.Cabbarova 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzlayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarova 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilsin.