Prezident İlham Əliyev Sabir Rzayevə Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb


Siyasət 10 Okt 2018 18:13:00 276 0

Prezident İlham Əliyev Sabir Rzayevə Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham ƏIliyev S.F.Rzayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə Sabir Fərzi oğlu Rzayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.