ABŞ Dövlət Departamenti: “Cənub Qaz Dəhlizi” irimiqyaslı layihədir


Siyasət 10 Okt 2018 18:06:00 482 0

ABŞ Dövlət Departamenti: “Cənub Qaz Dəhlizi” irimiqyaslı layihədir

"Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" enerji ehtiyat mənbələrinin şaxələndirilməsi yolu ilə enerji təhlükəsizliyini təmin edəcək".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda mətbuat konfransı zamanı ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kenti deyib.

C.Kent qeyd edib ki, bəzi ölkələr enerji amilini silah kimi istifadə edir:

"Cənub Qaz Dəhlizi" irimiqyaslı layihədir. Bir çox şirkətlər və ölkələr layihənin reallaşması üçün milyardlarla dollar sərf edib. Bu cür layihələr ölkələr arasında əməkdaşlığın parlaq nümunəsidir".