Lotu Quli Türkiyədə oturub Rusiyadan necə xərac yığırmış?


Kriminal 10 Okt 2018 10:08:00 284 0

Lotu Quli Türkiyədə oturub Rusiyadan necə xərac yığırmış?

İstanbul polisi Azərbaycanın tanınmış mütəşəkkil cinayət dəstə lideri, "Lotu Quli" ləqəbli Nadir Səlifovu saxlayıb. Səlifovun telekonfrans vasitəsilə Rusiyadakı biznesmenlərdən xərac aldığı iddia edilir. Onun adı 2 il əvvəl Beşiktaşda "Gözəgörünməz" ləqəbli azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin qətli zamanı da hallanmışdı.

Son.az worldmedia.az-a istinadən xəbər verir ki, əməliyyat İstanbul Şəhəri Polis İdarəsinə bağlı Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəindən həyata keçirilib. Nəticədə Azərbaycan əsilli, "Lotu Quli" ləqəbli Nadir Səlifov həbs olunub. O, Vətən prospektində yerləşən İstanbul şəhər Baş Polis İdarəsinə aparılıb.

Səlifovun Rusiya mətbuatında bir xəbərin yayılmasından sonra saxlanılması maraqlı məqamdır. Rambler.ru saytının "Türkiyədəki oğru Rusiyada xərac yığır" başlıqlı xəbərində maraqlı məqamlar az deyil.

Telekonfrans vasitəsilə xərac

İddialara görə, Nadir Səlifov Rusiyada, xüsusilə də Kalujsk regionunda topdansatışla məşğul olan iş adamlarından xərac yığır. Onun bu işi internet vasitəsilə gördüyü deyilir. Məlumata görə, Səlifov iş adamları ilə telekonfrans vasitəsilə danışır və bununla da xəracın toplanması təmin olunur.

Beşiktaşda cinayət