Prezident İlham Əliyev: Azərbaycan iqtisadiyyatı qarşısında gələcəkdə heç bir ciddi problem yoxdur


Siyasət 09 Okt 2018 21:21:00 43 0

Prezident İlham Əliyev: Azərbaycan iqtisadiyyatı qarşısında gələcəkdə heç bir ciddi problem yoxdur

Azərbaycan iqtisadiyyatı qarşısında gələcəkdə heç bir ciddi problem yoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib: "Əlbəttə, bizim bütün planlarımızı həyata keçirmək üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir və bu istiqamətdə ardıcıl addımlar atılır. Əgər bizim güclü iqtisadi imkanlarımız olmasaydı, heç bir planımızı icra etmək mümkün olmazdı. Bizim iqtisadiyyatımız siyasi maraqlarımızı təmin edir. İqtisadi müstəqillik imkan verir ki, biz beynəlxalq müstəvidə də müstəqil siyasət aparaq. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaydıq, belə imkanlar məhdud ola bilərdi. Biz isə iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Hesab edirəm ki, bu, bizim tarixi nailiyyətimizdir".

İlham Əliyev əlavə edib ki, eyni zamanda, 2018-ci ildə iqtisadi sahədə islahatların dərinləşməsi işində çox önəmli addımlar atılıb: "Hesab edirəm, bu ilin doqquz ayının göstəriciləri deməyə əsas verir ki, biz istədiyimizə nail oluruq. İqtisadi göstəricilərə gəldikdə isə deməliyəm ki, bu ilin doqquz ayında bizim iqtisadiyyatımız, yəni, ümumi daxili məhsul 0,8 faiz artmışdır. Qeyri-neft sektorunda artım isə 1 faizdir. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artmışdır. Bu göstərici Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsidir. Bildiyiniz kimi, son illərdə kənd təsərrüfatının inkişafına, xüsusilə bölgələrdə məşğulluğun artırılmasına böyük diqqət, qayğı və dəstək göstərilir. Biz kənd təsərrüfatının ardıcıl artımını görürük. Ümid edirəm ki, növbəti illərdə bu artım daha da böyük olacaq. Kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb. Hesab edirəm ki, bu da kifayət qədər yaxşı göstəricidir. İnflyasiya cəmi 2,6 faizdir, əhalinin gəlirləri isə 9,5 faizdir. Yəni, gəlirlər inflyasiyanı üstələyir. İnflyasiyanın aşağı səviyyədə olması, il ərzində daha da düşməsi göstərir ki, bizim maliyyə vəziyyətimiz çox sabitdir və makroiqtisadi vəziyyət möhkəmdir".

Prezident bildirib ki, bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulub: "Sevindirici hal ondan ibarətdir ki, bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna qoyulub. Bu, iqtisadiyyatımızın bundan sonra da şaxələndirilməsinə xidmət göstərəcəkdir. Valyuta ehtiyatlarımız artır. Bu gün bizim valyuta ehtiyatlarımız 45 milyard dollara çatıb. İlin əvvəlindən bəri biz əlavə 3 milyard dollar yığmışıq. Bu, bir daha onu göstərir ki, biz öz vəsaitimizə böyük qənaətlə yanaşırıq. Həm ölkə qarşısında duran vacib məsələləri həll edirik, investisiya layihələrini, infrastruktur layihələrini icra edirik, sosial məsələlərin həllini təmin edirik, eyni zamanda, ehtiyatlarımızı da artırırıq və əminəm ki, ilin sonuna qədər daha da artacaq. Bu, bizim bundan sonra da uğurlu inkişafımız üçün çox önəmli amildir".

Dövlət başçısı deyib ki, doqquz ayda xarici ticarət dövriyyəsi 37 faiz artıb. İxrac da təxminən bir o qədər artıb. Bu da çox müsbət haldır: "Qeyri-neft ixracı isə təxminən 14 faiz artıb. Hesab edirəm ki, bu da çox gözəl göstəricidir. Bu ilin doqquz ayında ölkəmizdə 85 min daimi iş yeri açılmışdır. Bax, budur, sosial-iqtisadi inkişafımızın əsas göstəriciləri. İstənilən mötəbər beynəlxalq maliyyə qurumu bu nəticələri görərkən bir qənaətə gələ bilər ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Azərbaycanda çox düşünülmüş iqtisadi siyasət aparılır. Sadəcə olaraq, biz gərək bu sahədə öz islahatlarımızı davam etdirək. Bu barədə bu gün danışılacaq ki, öz iqtisadi potensialımızdan maksimum istifadə edə bilək".

Paltaryuyan maşınlar 80% daha qənaətli olacaq like
  • 09 Okt 21:20  
Digərləri Paltaryuyan maşınlar 80% daha qənaətli olacaq

Paltaryuyan maşınlar 80% daha qənaətli olacaqSu qıtlığı dünya səviyyə

arrow Ətraflı
90 yaşlı ata 23 gündür oğlunun şəkli əlində onu axtarır  VİDEO like
  • 09 Okt 21:19  
Digərləri 90 yaşlı ata 23 gündür oğlunun şəkli əlində onu axtarır VİDEO

Gəncədən Göygöl rayonuna gələn 47 yaşlı kişi itkin düşüb. Ondan23 g

arrow Ətraflı
Kimisi maddi, kimisi fiziki kömək elədi  Hamının məqsədi like
  • 09 Okt 21:18  
Digərləri Kimisi maddi, kimisi fiziki kömək elədi Hamının məqsədi

İndi sizə təqdim edəcəyimiz xəbər nümunəvi xarakter daşıyır. Beyləq

arrow Ətraflı
Bakıda sürücülər bu tora düşə bilər – like
  • 09 Okt 21:17  
Digərləri Bakıda sürücülər bu tora düşə bilər –

Paytaxt yollarında nəqliyyatın sıxlığını minimuma endirmək üçünsarı

arrow Ətraflı
Bu ağaclar ətrafa təhlükə saçır  VİDEO like
  • 09 Okt 21:16  
Digərləri Bu ağaclar ətrafa təhlükə saçır VİDEO

Bakıda yolun kənarında yan üstə əyilən iki ağac sürücülər və piyada

arrow Ətraflı
Savaş meydanında mübahilə. like
  • 09 Okt 21:15  
Digərləri Savaş meydanında mübahilə.

"Mən öz səhabələrimdən daha yaxşı səhabə, öz qohumlarımdan daha

arrow Ətraflı
Özünü ''ağıllı'' sayan sürücülər: like
  • 09 Okt 21:14  
Digərləri Özünü ''ağıllı'' sayan sürücülər:

Paytaxtda bəzi sürücülər yolda biraz tıxac görən kimi qarşı hərkət z

arrow Ətraflı
Bu gün poçt işçilərinin peşə bayramıdır  VİDEO like
  • 09 Okt 21:12  
Digərləri Bu gün poçt işçilərinin peşə bayramıdır VİDEO

Azərbaycandailk poçt kontoru 1818-ci ildə Gəncə şəhərində açılıb. D

arrow Ətraflı
Qəbələdə ağır qəza: like
  • 09 Okt 21:11  
Digərləri Qəbələdə ağır qəza:

Qəbələ rayonunun Həmzəli kəndində "VAZ" markalı minik avtomobi

arrow Ətraflı
Demensiya xəstələrinə kömək edən robot like
  • 09 Okt 21:10  
Digərləri Demensiya xəstələrinə kömək edən robot

Mario adı verilən bu robot, demensiya xəstələri ilə ünsiyyət qura bilir.

arrow Ətraflı
Ermənistanda parlament seçkiləri dekabrda keçiriləcək  VİDEO like
  • 09 Okt 21:09  
Dünya Ermənistanda parlament seçkiləri dekabrda keçiriləcək VİDEO

Ermənistan parlamenti narazılıq və müzakirələrdən sonrabu gün keçiril

arrow Ətraflı
Sumqayıtda fəhlə yük maşınının altında can verdi  VİDEO like
  • 09 Okt 21:08  
Digərləri Sumqayıtda fəhlə yük maşınının altında can verdi VİDEO

Sumqayıt şəhərində fəhlə yük maşınının altında qalaraq ölüb.

arrow Ətraflı