"Lotu Quli" sərbəst buraxıldı


Kriminal 09 Okt 2018 17:07:00 362 0

"Lotu Quli" sərbəst buraxıldı

Dünən İstanbulda saxlanılmış "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifov bu gün çıxaırldığı məhkəmədə azadlığa buraxılıb.

Son.az musavat.com-a istinadən xəbər verir ki, hazırda N.Səlifov Miqrasiya idarəsindədir və bəzi sənədləşmə prosedurundan keçir. Onun hansı ölkəyəsə ekstradisiya edilməsi təhlükəsi yoxdur.

Xatırladaq ki, Türkiyənin aparıcı media qurumlarının dünən yaydığı xəbərə görə, onu Rusiya dövlətindən edilən şikayətlər əsasında saxlamışdılar və bəzi mətbuat orqanları N.Səlifovun Azərbaycana ekstradisiya ediləcəyini yazmışdı.

Ancaq Musavat.com-a bilgili qaynaqlardan məlum olmuşdu ki, Azərbaycan tərəfinin belə bir tələbi olmayıb, çünki N.Səlifov öz cəzasını bir il öncə başa çatdıraraq azadlığa buraxılıb və ölkəni tərk edib.