Görkəmli bəstəkar Rauf Hacıyevin mahnılarından ibarət konsert oldu FOTO


Kriminal 05 Okt 2018 18:45:00 314 0

Görkəmli bəstəkar Rauf Hacıyevin mahnılarından ibarət konsert oldu  FOTO

Bakı sakinləri və şəhərimizin qonaqları unudulmaz bir gecəyə şahidlik etdilər.

Son.az xəbər verir ki, Heydər Əliyev Sarayında Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalının təşkilatçılığı ilə SSRİ Xalq Artisti, görkəmli bəstəkar Rauf Hacıyevin mahnılarından ibarət konsert oldu. Gecəni giriş sözü ilə açan Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının direktoru Ramil Qasımov Rauf Hacıyevin Azərbaycan musiqisində bir hadisə olduğunu qeyd etdi.

"Azərbaycan estrada musiqisini Rauf Hacıyevsiz təsəvvür etmək mümükün deyil. Və bu gün onun səhnə, ekran əsərlərini, simfonik musiqisini, mahılarını dinləyərkən düşünürsən ki, bu əsərlər hamişə yaşayandır, köhnəlməyəndi, seviləndi, sabahın, gələcəyindi. Çünki o musiqinin mayasında vətənini, torpağını sevən bir sənətkarın ürəyi döyünür. Rauf Hacıyevin nəğmələri Bakının, Azərbaycanın rəmzi olan nəğmələrdir, onlarad gənclik ovqatı, sabah ruhu hər an çırpınmaqdadır. Və onlar hər zaman yeni nəsillər tərəfindən seviləcək, yaşayacaq, yaradanını yaşadacaq. Rauf Hacıyev bir bəstəkar olmaqla yanaşı ictimai xadim kimi də Azərbaycanın Mədəniyyət naziri olduğu müddət ərzində bir çox mühüm əhəmiyyətə malik işlər görmüşdür. Hər zaman dövlətə, xalqa sədaqətlə xidmət edən bəstəkarın bu fəaliyyəti yüksək dəyrləndirilib".


Xəbərə aid fotolar