Metyu Brayza: "İlham Əliyevlə Paşinyan arasındakı görüş böyük əhəmiyyət daşıyır"


Siyasət 01 Okt 2018 12:30:00 365 0

Metyu Brayza: "İlham Əliyevlə Paşinyan arasındakı görüş böyük əhəmiyyət daşıyır"

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında bir neçə gün əvvəl keçirilmiş görüş Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin fəallaşması üçün böyük əhəmiyyət daşıyır.

Son.az xəbər verir ki, bunu Trend-ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza deyib.

O qeyd edib ki, bu görüş barədə məlumatlar çox müsbətdir:

"Onların danışıqlar prosesinə sadiq qalmasını bildirməsi, eləcə də qarşıdurma xəttində və Ermənistan-Azərbaycan sərhədində insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmləndirilməsi barədə razılaşma uzun müddətdir ki, ATƏT Minsk qrupunin təbliğ etdiyi sağlam düşüncənin addımlarıdır".

M.Brayza əlavə edib ki, bu cür müsbət şəxsi münasibətlər danışıqlar prosesinin fəallaşması üçün lazımdır və qarşılıqlı etimadın təmin olunması üçün əsas amildir.