Azərbaycanlı kamança ifaçısı Qazaxıstanda qalib oldu


Kriminal 28 Sen 2018 19:08:00 316 0

Azərbaycanlı kamança ifaçısı Qazaxıstanda qalib oldu

Qazaxıstanın paytaxtı Astana şəhərində sentyabr ayının 11,12,13,14 tarixlərində 2-ci "Tilep Aspantayul" adına kamanlı xalq alətlərinin beynəlxalq müsabiqəsi keçirilib.

Son.az xəbər verir ki, Tlep xeyriyyə fondunun təşkilatçılığı ilə "Tlep Kobız" sarayında keçirilən Astana şəhərinin 20 illiyinə həsr olunmuş müsabiqəyə 16 ölkədən gəlmiş 26 iştirakçı qatılıb. İştirakçılar arasında Azərbaycanı təmsil edən gənc kamança ifaçısı, respublika və beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüsü, gənclər mükafatı laureatı Mədinə Şahgəldiyeva ifası ilə fərqlənib,1-cilik qalibiyyəti ilə Vətənə qayıdıb.


Xəbərə aid fotolar