Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” adlı layihənin növbəti konserti keçirilib


Kriminal 28 Sen 2018 16:48:00 295 0

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” adlı  layihənin növbəti konserti keçirilib

Sentyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Televiziyasının "Yaradanlar və yaşadanlar" adlı verilişinin növbəti konserti məşhur xanəndə Səxavət Məmmədovun həyat və yaradıcılığına həsr edilib. 

Konsert Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində reallaşıb.

Gecədə Əməkdar artistlər Zakir Əliyev "Sarı bülbül" xalq mahnısını, Fehruz Səxavət" Azad bir quşdum", Ehtiram Hüseynov "Ay çiçək", Azərbaycan Televiziyası və Radiosunun solistləri Kamilə Nəbiyeva "Külək", Səbinə Ərəbli "Yar gəldi", xanəndə Malik Həsənobv" Sev məni" mahnılarını ifa ediblər. 

İfaçıları Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi ilə "Səadət" instrumental ansamblı müşayiət edirdi.