Yaqub Eyyubov: "Azərbaycanla Ukrayna arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb"


Siyasət 26 Sen 2018 20:08:00 274 0

Yaqub Eyyubov: "Azərbaycanla Ukrayna arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb"

Azərbaycanla Ukrayna arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

Son.az bildirir ki, bu barədə Trend-ə Ukraynanın müstəqilliyinin 27-ci ildönümünə həsr olunmuş tədbirdə baş nazirin birinci müavini Yaqub Eyyubov deyib.

Y.Eyyubovun sözlərinə görə, iki ölkə arasındakı əlaqələr dostluq və qarşılıqlı hörmətə əsaslanır.

Baş nazirin birinci müavini qeyd edib ki, iqtisadi əlaqələr sürətlə inkişaf edir. Y.Eyyubov iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsində Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının rolunu xüsusi vurğulayıb.

Y.Eyyubov həmçinin əlavə edib ki, hər iki ölkə müxtəlif beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlığı davam etdirir.

Son.az