Elmar Məmmədyarov NyuYorkda ABŞ Dövlət Katibinin köməkçisi ilə görüşdü


Siyasət 25 Sen 2018 20:33:00 203 0

Elmar Məmmədyarov NyuYorkda ABŞ Dövlət Katibinin köməkçisi ilə görüşdü

Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Avropa və Avrasiya məsələləri üzrə ABŞ Dövlət Katibinin köməkçisi Ves Miçel ilə görüşüb.

Xarici İşlər Naziliyindən Son.az-a verilən məlumata görə, tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə fikir mübadiləsi aparıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə edilib.