Silsilə oğurluqlar törədilib 6 nəfər tutulub VİDEO


Kriminal 23 Sen 2018 22:40:00 261 0

Silsilə oğurluqlar törədilib  6 nəfər tutulub  VİDEO

Neftçala rayonunda silsilə oğurluqla məşğul olan dəstə üszvləri saxlanılıb.

Son.az bildirir ki, onlar ayrı-ayrı vaxtlarda evləri soyublar.

Neftçala rayonu, Xıllı qəsəbə sakini Abbasağa Cabbarov polisə müraciət edərək, evindən 25 min Rusiya rublunun, 3 min manat dəyərində qızıl-zinət əşyalarının və 600 manat dəyərində mobil telefonunun oğurlandığını bildirib. Keçirilmiş əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən Xıllı qəsəbə sakinləri, Rafiq Qədirov, Firudin Qafarov, Əmanət Umudov, Cəlal Miriyev və Abas Cəbrayılov saxlanılaraq polis şöbəsinə gətirilib.

Məlum olub ki, həmin şəxslər müxtəlif vaxtlarda Xılllı qəsəbəsində ayrı-ayrı evlərə girərək 500 manat dəyərində xırdabuynuzlu heyvan, 10 min 770 manat dəyərində qızıl-zinət əşyaları və 1200 ABŞ dollları oğurlayaraq aralarında bölüblər.