Leonid Kalaşnikov: "Rusiya prezidentinin Azərbaycana qarşıdakı səfəri ciddi razılaşmalara səbəb olacaq"


Siyasət 21 Sen 2018 17:26:41 259 0

Leonid Kalaşnikov: "Rusiya prezidentinin Azərbaycana qarşıdakı səfəri ciddi razılaşmalara səbəb olacaq"

Dövlət Dumasının Komitə rəhbəri: "Rusiya yaxın qonşuları ilə münasibətlərin inkişafında maraqlıdır"

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri sentyabryın 25-27-nə planlaşdırılır.

"Report" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri üzrə Komitəsinin rəhbəri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr şöbəsinin rəhbəri Leonid Kalaşnikov Bakıda mətbuat konfransında bildirib.

"Rusiya prezidentinin Bakıya səfərinin ardındanhər iki dövlət başçısı- Vladimir Putin və İlham Əliyev sentyabrın 28-də Düşənbədə keçiriləcək MDB ölkələrinin sammitində iştirak etməyi planlaşdırırlar", - deyə o vurğulayıb.

Dövlət Dumasının Komitə rəhbərinin sözlərinə görə, Rusiya yaxın qonşuları ilə münasibətlərin inkişafında maraqlıdır.

"Hesab edirəm ki, qarşıdakı səfəri Rusiya və Azərbaycana arasında ciddi razılaşmalara səbəb olacaq. Bir sıra sahələrdə sənədlər paketinin imzalanacağı gözlənilir", - L.Kalaşnikov qeyd edib.