“Həbib Axundov şərt qoydu ki, qazancın yarısını ona verim”


Kriminal 20 Sen 2018 20:50:00 315 0

“Həbib Axundov şərt qoydu ki, qazancın yarısını ona verim”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində deputat Elmira Axundovanın oğlu Həbib Axundova və digər şəxslərə pul "atmaqda" təqsirləndirilən Elnur İbrahimovun məhkəməsi keçirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Rahib Salmanovun icraatında olan prosesdə şahidlər dindirilib.

Rauf Bəşirov da əvvəllər Elnurla birgə iş gördüyünü deyib: "2009-2013-cü illərdə çay evi işlədirdim, Elnur da ora gəlib gedirdi. Eləcə tanış olduq, o demişdi ki, xaricdən ucuz kartric gətirib satır. Mən də qazanc əldə etmək üçün pul verməyə razılaşdım. Ümumilikdə Elnura 20 min manat vermişəm. Hər həftə hissə-hissə olaraq pulumu qaytardı. Onun şəriki olduğunu bilmirdim. Elnurla biznes qurmağımı Həbib deməyib, özüm istəmişəm. Elnurla da özümün münasibətim var idi, onunla özüm danışdım".

Hakim bildirib ki, R.Bəşirov istintaqa ifadəsində fərqli danışıb. O deyib ki, Elnurla iş görməyə Həbib Axundovun təşəbbüsü ilə qoşulub: "Həbib dedi Elnur yaxşı iş qurub. Onun təklifi ilə mən də işə qoşuldum. Həbib şərt qoymuşdu ki, qazancın yarısını ona verim. Mən də hər həftə Elnurun mənə verdiyi 600-650 manat puldan 300 manatını Həbibə verirdim".