Etimad İsmayılovu öldürən Dəmirov haqda maraqlı faktlar: "Kasıba, imkansıza əl tutan idi" FOTO


Kriminal 20 Sen 2018 13:31:00 376 0

Etimad İsmayılovu öldürən Dəmirov haqda maraqlı faktlar: "Kasıba, imkansıza əl tutan idi"  FOTO

Dünən gecə Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, azərbaycanlı iş adamı Etimad İsmayılov Türkiyənin İstanbul şəhərindəki ofisində qətlə yetirilib.

Onu qətlə yetirən şəxs də azərbaycanlıdır. Onun Gözəl Dəmirov adlı sabiq polis rəisi, iş adamı olduğu bildirilir.

Türkiyə mediasında yer alan məlumatda qeyd edilir ki, Etimad İsmayılov və Gözəl Dəmirov şərikli inşaat və təşkilatçılıq işi ilə məşğul imişlər, aralarında borc məsələsi olub. Hadisə zamanı tərəflər borc məsələsinə görə mübahisə edib. Mübahisə getdikcə böyüyüb və davaya çevrilib. Bu zaman Dəmirov silahını çıxararaq şərikinə 3 dəfə atəş açıb.

Son məlumata görə, Gözəl Dəmirov gecə saat 01:00 radələrində Beşiktaşda saxlanılıb. Cinayətdə istifadə olunan silah polis tərəfindən götürülüb. Hadisə ilə əlaqədar daha bir nəfər - Gözəl Dəmirovun sürücüsü də polis tərəfindən saxlanılıb. Hazırda onlar polis idarəsində dindirilirlər.  Gözəl Dəmirov 90-cı illərin əvvəllərində Azərbaycan Daxili İşlər Nazirliyində idarə rəisi olub, Bakı Soyuducular Zavodunun keçmiş direktorunun qardaşı, istefada olan polkovnikdir. Dəmirov haqda bunlar məlumdur ki, o, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda da biznes işlərinin olduğu söylənilir. Gözəl Dəmirovun hətta "Fənərbaxça" klubunun keçmiş prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da qeyd edilir.

Son.az xəbər verir ki, modern.az saytı Gözəl Dəmirovla bağlı kiçik araşdırma aparıb. Araşdırma zamanı maraqlı faktlar üzə çıxıb.


Xəbərə aid fotolar