Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” adlı layihənin növbəti konserti keçirildi


Kriminal 19 Sen 2018 18:04:00 342 0

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” adlı  layihənin növbəti konserti keçirildi

Sentyabrın 18- də,milli musiqi günündə, Beynəlxalq Muğam Mərkəzində,Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının "Yaradanlar və yaşadanlar" adlı birgə layihəsinin növbəti konserti keçirilib.

Son.az xəbər verir ki, konsert Xalq artisti, xanəndə,muğam bilicisi Hacıbaba Hüseynova həsr olunub.

Gecədə Xalq artisti Səkinə İsmayılova "Şur-şahnaz" təsnifini, Xalq artisti Teyyub Aslan "Çoban qızı", "Dilbərim" xalq mahnısını, Əməkdar artist Ehtiram Hüseynov "Rast", Şur" təsniflərini ifa ediblər.

İfaçıları Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi ilə "Səadət" instrumental ansamblı müşayiət edirdi.

Həmçinin konsertin son nömrələrindən biri olan "Durna" xalq mahnısı Teyyub Aslan və Ehtiram Hüseynovun ifasında tamaşaçılara təqdim olunub.