Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir


Siyasət 18 Sen 2018 22:21:00 284 0

Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir

Biz bundan sonra da uğurla inkişaf edəcəyik. Ordu quruculuğu, iqtisadi potensialın, beynəlxalq mövqelərimizin möhkəmlənməsi - bütün bu istiqamətlər üzrə uğurlu siyasət aparılır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev Biləsuvar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib.

"Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir, sabitlik adasıdır, təhlükəsizlik adasıdır, inkişaf, quruculuq yeridir. Bunun təməlində Azərbaycan xalqının zəhməti, xalq-iqtidar birliyi dayanır", - deyə dövlətimizin başçısı vurğulayıb.