İki maskalı şəxs "Kalaşnikov" avtomatı ilə hücum etdi ev yiyəsi onları zərərsizləşdirdi Azərbaycanda VİDEO


Kriminal 17 Sen 2018 22:26:00 334 0

İki maskalı şəxs "Kalaşnikov" avtomatı ilə hücum etdi  ev yiyəsi onları zərərsizləşdirdi  Azərbaycanda  VİDEO

Gecə saatlarında Ağstafa rayon sakini Azər Mustafayevə məxsus evə iki nəfər maskalı şəxs hücum edib. Onlardan birində "Kalaşnikov" avtomatı olub.

Son.az bildirir ki, silahla ev sahibindən pul tələb edən şəxsi Azər Mustafayev cəld davranaraq onunla əlbəyaxa olub. Ev sahibi silahlı şəxsi zərərsizləşdirərək onu polisə təhvil verib.

Silahlı şəxs zərərsizləşdirilərkən bu zaman avtomatdan iki dəfə atəş açılıb. Güllərdən biri zərərçəkənin sağ qolunu sıyırıb keçib. Digəri isə evin tavanına dəyib. Bundan sonra ev sahibinin oğlu Əmirxan Mustafayev də oğrunu zərərsizləşdirmək üçün atasına köməyə gəlib. Bu zaman 29 yaşlı Əmirxan da baş nahiyəsindən xəsarət alıb. Silahın qundağı onun başına dəyib.

Hadisəni törədən sürücü və evə girən digər şəxs qaçmağa nail olublar. Lakin çox çəkməyib ki, Ağstafa polisi hər iki şəxsi saxlayıb. Araşdırma zamanı ev sahibinin zərərsizləşdirdiyi şəxsin rayon sakini 56 yaşlı Ceyhun Novruzov olduğu məlum olub.