Masazır–Novxanı yolunun tikintisinə 1,8 milyon manat ayrılıb


Siyasət 17 Sen 2018 18:09:00 235 0

Masazır–Novxanı yolunun tikintisinə 1,8 milyon manat ayrılıb

Prezident İlham Əliyev sentyabrın 17-də "Abşeron rayonunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi (16 km)-Masazır-Novxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yetmiş beş min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi (16 km)-Masazır-Novxanı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Son.az