Bakıda keçirilən möhtəşəm parad dünya mediasında diqqət mərkəzində VİDEO


Siyasət 16 Sen 2018 21:13:00 239 0

Bakıda keçirilən möhtəşəm parad dünya mediasında diqqət mərkəzində  VİDEO

Ötən gün Bakıda keçirilən möhtəşəm hərbi parad dünya mediasının da diqqətini çəkib. Qardaş Türkiyə ilə yanaşı, bir sıra xarici dövlətlərin kütləvi informasiya vasitələri parad barədə xəbərlər yayımlayıblar.

Ötən gün keçirilən hərbi parad dünya mediasının da marağına səbəb olub.

Qardaş Türkiyənin Hürriyət, Sabah və bir çox məşhur xəbər agentlikləri Bakıda keçirilən paradla bağlı xəbərlər tirajlayıblar.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, yayımlanan xəbərlərdə paradın Bakının eser-menşevik, ermeni-daşnaq və bolşevik qalıntılarından azad olunmasının 100 illiyinə həsr olunduğu diqqətə çatdırılıb. İki ölkə başçısının səmimi görüntüləri və qardaşlıq nümunəsi göstərməsi xüsusi vurğulanıb.

Türkiyənin media orqanları parad və orada nümayiş olunan silahlar barədə ətraflı məlumat verməklə yanaşı Prezident İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışlarına xüsusi yer veriblər. Przedent İlham Əliyevin "Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də bir yerdəyik. Yüz il bundan əvvəl Nuru paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusu könüllülərlə birlikdə Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisə idi" fikri, eləcə də Ərdoğanın "Türkiyənin Ermənistanla münasibətlərinin bərpa edilməsində əsas şərti Dağlıq Qarabağın işğaldan azad edilməsidir" ifadəsi Xəbərlərin manşetlərini bəzəyib.

Bir sıra xarici ölkələrin də xəbər agentlikləri Bakıda keçirilən parada geniş yer ayıtıblar. Xəbərlərdə Bakının 1918-cil il sentyabrın 15-də Qafqaz İslam Ordusunun köməkliyi ilə işğaldan azad edildiyinə və iki ölkə arasında tarixən davam edən dostluq münasibətlərinə toxunulub.

Həmçinin, Türkiyə ilə Azərbaycanın "1 Millət 2 Dövlət" adlandırıldığı, bu iki ölkənin siyasi və iqtisadi sferada da ən yaxın əməkdaşlığa malik ölkələr olduğu, birlikdə bir çox beynəlxalq iqtisadi layihələr həyata keçirdiyi qeyd edilib.


Xəbərə aid video