İsrailli politoloq: “Paşinyan Azərbaycanı müharibəyə təhrik edir”


Siyasət 16 Sen 2018 13:23:00 139 0

İsrailli politoloq: “Paşinyan Azərbaycanı müharibəyə təhrik edir”

İsrailli politoloq Yuri Boçarov virtualaz.org-un əməkdaşı ilə söhbətində bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan üzərinə düşmüş hakimiyyət yükünü saxlamaq naminə xalqa, müxalifətə, Qərbə, Rusiyaya və digər geosiyasi oyunçulara yarınmalıdır.

Bu xəbəri də oxu: İtmiş Gültəkinin nağılı:

"Baş nazir Nikol Paşinyanın mövqeyini mən "müəyyənləşdirilməmiş" kimi xarakterizə edərdim. Bir tərəfdən, onun hakimiyyətə gəlişi Qərb qüvvələrinin iştirakı olmadan qeyri-mümkün idi və buna görə, təbii ki, "ödəniş" edilməlidir və prinsip etibarilə onun Ermənistanın qərbyönümlü inkişaf yolu barədə dediklərini də bu istək formalaşdırır. Digər tərəfdən, o, hələ də həm iqtisadi, həm də hərbi baxımdan özünün şimal qonşusunun möhkəm qollarının arasındadır və şimal qonşusu bu cür təhlükəli regionda daha bir respublikanı əldən verməyi qətiyyən arzulamır. Ən başlıcası isə, sabiqlərdən ibarət müxalifət və insanları yenidən küçəyə çıxmağa vadar edə biləcək Ermənistandakı iqtisadi vəziyyətdir", - Boçarov deyib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, ekspertin fikrincə, öz bəyanatları ilə Azərbaycan hakimiyyətini təxribata çəkməyə çalışan Paşinyan onu yaxın perspektivdə nələrin gözləyə biləcəyindən xəbərsizdir.

"Deyilənə görə, vəsaitlərin yoxluğu şəraitində müharibə aclığı çox yaxşı yatırır. Buna görə də, xüsusilə xarici səfərlərində erməni diasporu ilə görüşlərdə Paşinyan millətçilik mövzusunu qabardır və "doğma torpağın bir qarışını da verməyəcəyik" deyərək, Azərbaycanı açıq münaqişəyə çəkir.

Lakin sabah nələrin baş verə biləcəyini, düşünürəm ki, heç o özü də bilmir. Hakimiyyətin dadını görmüş "xaldan çıxmış" adam ondan belə asan əl çəkmək iqtidarında deyil və istənilən yolla hakimiyyəti əlində saxlamağa çalışır", - ekspert deyir.

Boçarovun fikrincə, region ölkələrində - Türkiyədə, İranda, Ermənistanda baş verənlərlə yanaşı, Azərbaycan bütün bu böyük coğrafiyada yeganə sabitlik adasıdır.

İlham Əliyevlə Vladimir Putinin Soçidəki görüşünü şərh edərkən Yuri Boçarov bildirib: "Prezidentlərin son görüşündə onların ünsiyyət səviyyəsi üçün ölkələr arasında ticarət-iqtisadi əlaqələr barədə qeyri-mütənasib şəkildə çox danışıldı. Bu səbəbdən də, anlamağa başlayırsan ki, burada əsas məsələ ticarət deyil, regionda baş verən daha ciddi məsələdir. O qədər ciddi ki, regional "mal dövriyyəsi"ni müzakirə etmək üçün prezidentlərə nədənsə bir görüş azlıq etdi".

Onun fikrincə, region ciddi hadisələrin astanasındadır.

İŞİD dinc sakinlərə hücum etdi: like
  • 16 Sen 13:17  
Dünya İŞİD dinc sakinlərə hücum etdi:

İŞİD terror qruplaşması silahlılarının İraqa hücumu nəticəsində 3 n

arrow Ətraflı
Tanınmış aktrisa evində yıxıldı, like
  • 16 Sen 13:10  
Dünya Tanınmış aktrisa evində yıxıldı,

Türkiyəli məşhur aktrisa Fatma Girik Bodrumda yaşadığı evində yıxılı

arrow Ətraflı
Mourinyo: "O, heç vaxt mənə getmək istədiyini deməyib" like
  • 16 Sen 13:05  
İdman Mourinyo: "O, heç vaxt mənə getmək istədiyini deməyib"

Manchester United-in baş məşqçisi Joze Mourinyo Pol Poqbanın komandad

arrow Ətraflı
Okeanı “ağıllı” yelkənlər təmizləyəcək like
  • 16 Sen 13:04  
Digərləri Okeanı “ağıllı” yelkənlər təmizləyəcək

Avialaynerlər və digər uçan aparatların hazırlanması ilə məşğul olan

arrow Ətraflı
ABŞda qasırğa qurbanlarının sayı 13 nəfərə çatıb  FOTO like
  • 16 Sen 12:57  
Dünya ABŞda qasırğa qurbanlarının sayı 13 nəfərə çatıb FOTO

ABŞ-da tüğyan edən "Florens" qasırğası qurbanlarının sayı 13

arrow Ətraflı
Pakistanda qatar relsdən çıxdı: like
  • 16 Sen 12:51  
Dünya Pakistanda qatar relsdən çıxdı:

Pakistanda qatar relsdən çıxıb.

arrow Ətraflı
Bakıda Ali məhkəmənin qarşısında qəza like
  • 16 Sen 12:44  
Digərləri Bakıda Ali məhkəmənin qarşısında qəza

Dünən günorta saatlarında Bakıda yol qəzası baş verib.

arrow Ətraflı
Napoli-nin prezidenti Xorvatiyada klub almaq istəyir like
  • 16 Sen 12:44  
İdman Napoli-nin prezidenti Xorvatiyada klub almaq istəyir

Napoli-nin prezidenti Aurelio De Laurentis daha bir klub almaq arzusundadır. Go

arrow Ətraflı
Bu il Azərbaycanda istifadəyə verilmiş obyektlərin SİYAHISI like
  • 16 Sen 12:38  
Digərləri Bu il Azərbaycanda istifadəyə verilmiş obyektlərin SİYAHISI

2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanın iqtisadi və sosial sahəl

arrow Ətraflı
Məktəblilər üçün “güllə keçirməz” çantalar satılır like
  • 16 Sen 12:25  
Digərləri Məktəblilər üçün “güllə keçirməz” çantalar satılır

ABŞ-da yeni təhsil ilinin başlaması "məktəb basqınları"nı yen

arrow Ətraflı
Filippində "Manqhut" qasırğası nəticəsində həlak olanların sayı 25-ə çatıb like
  • 16 Sen 12:21  
Digərləri Filippində "Manqhut" qasırğası nəticəsində həlak olanların sayı 25-ə çatıb

Filippində "Manqhut" qasırğası nəticəsində ən azı 25 nəfər həlak olu

arrow Ətraflı
“XFiles”ın aktyoru vəfat etdi like
  • 16 Sen 12:12  
Dünya “XFiles”ın aktyoru vəfat etdi

"X-Files" serialında əsas qəhrəmanlardan biri Foks Malderin atası

arrow Ətraflı