Rusiyada polisdən qaçmış Azərbaycan vətəndaşı axtarılır


Kriminal 16 Sen 2018 10:54:00 308 0

Rusiyada polisdən qaçmış Azərbaycan vətəndaşı axtarılır

Rusiyanın Çuvaşiya Respublikasında polisdən qaça bilmiş Azərbaycan vətəndaşı axtarışa verilib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, hadisə avtobus dayanacağında baş verib.

Belə ki, ötən cümə günü, sentyabrın 14-də, Çuvaşiyanın Kugesi qəsəbəsindəki "Koneçnaya" ictimai nəqliyyat dayanacağında 37 yaşlı Azərbaycan vətəndaşı polis konvoyundan qaçıb. Mənbə əlavə edir ki, azərbaycanlının adı Elnurdur - alçaq boylu, dolu bədənli, qonur gözlü, qaraşın şəxs axtarışa verilib.