50 ölkə nümayəndəsi parlamentin 100 illiyinə qatılacaq


Siyasət 15 Sen 2018 08:03:00 256 0

50 ölkə nümayəndəsi parlamentin 100 illiyinə qatılacaq

Milli Məclisin (MM) Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamentinin 100 illiyi ilə bağlı xüsusi təntənəli iclası bu ayın 21-də keçiriləcək.

Son.az oxu.az-a istinadən bildirir ki, bunu vitse-spiker Bahar Muradova deyib.

O qeyd edib ki, iclas ayın 20-də nəzərdə tutulsa da, sentyabrın 21-nə keçirilib.

B.Muradovanın sözlərinə görə, xüsusi iclasda 50-dək ölkənin nümayəndə heyəti, parlament rəhbərləri, o cümlədən, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.