Hədəqorxu gəlib 2000 manat pul tələb etdi MƏHKƏMƏ İŞİ


Kriminal 14 Sen 2018 23:03:00 264 0

Hədəqorxu gəlib 2000 manat pul tələb etdi  MƏHKƏMƏ İŞİ

Yasamal Rayon Məhkəməsində hədə-qorxu ilə pul tələb edən şəxsin məhkəməsi başlayıb.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, cinayət məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilən Hüseynov İlkin Arif oğlunun məhkəmə prosesinə hakim Azər Tağıyev sədrlik edir. 

Bu ilin may ayında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları vətəndaşdan hədə-qorxu ilə pul alan şəxsi yaxalayıb.

"Ölkə.Az"ın məlumatına görə, 1992-ci il təvəllüdlü Elçin Qafarov adlı şəxs polisə şikayət edərək bildirib ki, tanışı 1994-cü il təvəllüdlü İlkin Hüseynov ondan hədə-qorxu yolu ilə 2000 manat pul tələb edir.