Adriano Çelentanonun 80 illiyinə həsr olunmuş Açıq Hava Festivalı başa çatdı


Kriminal 14 Sen 2018 19:16:00 348 0

Adriano Çelentanonun 80 illiyinə həsr olunmuş Açıq Hava Festivalı başa çatdı

13 sentybar 2018-ci il tarixində, "The Landmark" Otel və Biznes mərkəzinin "Rotunda Rooftop" bağçasında İtaliya Respublikasının ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə Adriano Çelentanonun 80 illiyinə həsr olunmuş festival sona çatdı.

Son.az xəbər verir ki, festivalın bağlanış nitqini United Cultures-un ictiami əlaqələr üzrə məsul işçisi Orxan Nəbiyev çıxış edərək festivala təşrif buyuran yerli və xarici qonaqları salamlayaraq Adriano Çelentanonun Azərbaycan tamaşaçılarında onilliklər boyunda buraxdığı iz haqqında, onun şəxsiyyəti və yaradıcığı haqqında məlumat verdi. Daha sonra, o, İtaliyanın Azərbaycandakı səfirliyi başda olmaqla sözügedən festivalın ərsəyə gəlməsində xidməti olmuş bütün təşkilatçılara, o cümlədən "The Landmark" otel və biznes mərkəzinə təşəkkürünü bildirdi.

Daha sonra tamaşaçılar festivalın proqramındakı sonuncu və Adriano Çelentanonun ən çox sevilən "Dəlicəsinə Aşiq" filmini izlədilər.


Xəbərə aid fotolar