Sabiq məmur oğlu parkinqdə yer üstündə qonşusunu döydü, polisə müqavimət göstərdi TƏFƏRRÜAT FOTO


Kriminal 12 Sen 2018 23:54:00 293 0

Sabiq məmur oğlu parkinqdə yer üstündə qonşusunu döydü, polisə müqavimət göstərdi  TƏFƏRRÜAT  FOTO

Nəsimi Rayon Məhkəməsində parkinqdə yer üstündə vətəndaşı döyən və polis əməkdaşına müqavimət göstərən şəxsin həbs müddətinin uzadılması məsələsinə baxılıb.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən məhkəmə prosesində müstəntiqin vəsatəti təmin olunub. 

Xatırladaq ki, mayın 20-də saat 00:30 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yaşadığı binanın parkinqində yer üstündə mübahisə zamanı Mehtiyev Anar Yusif oğlu 33 yaşlı Ağayev Fərhad Sultan oğlunu döyərək ağır bədən xəsarəti yetirib. Fərhad Ağayev hazırda xəstəxanadadır və vəziyyəti ağırdır.

Fərhad Ağayevin ailə üzvlərinin bildirdiyinə görə, hazırda vəziyyəti stabil ağırdır: 

" Sevinirik ki, o, sağdır. Çünki onu itirmək, onun bir daha geri dönməyəcəyini düşünmək istəmirik".

Məhkəmənin qərarı ilə hadisəni törədən Anar Mehdiyev barəsində həbs qətimkan tədbiri seçilib və  Ağayev Fərhad Sultan oğlunu döyərək ağır bədən xəsarəti yetirməsi faktı ilə əlaqədar Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.  "Anar Mehdiyevin ailəsi bizimlə danışmaq üçün gələrkən onun atası oğlunun törədildiyi cinayətin, eləcə də onların üzərinə düşən  valideyn məsuliyyətinin ağırlığını anlayaraq vicdan əzabı çəkdiyini dedi. Lakin anası oğlunun xəstə olduğunu, dərmanlar qəbul etdiyini iddia edir. Biz bütün bunların cavabında oğlunun törətdiyi cinayətin cəzasını çəkəcəyini demişik, dialoq bu qədər olub. Başa düşə bilmirik, AR elit hərbi qüvvələrində xidmət edən,  vaxtilə xüsusi dövlət güc strukturlarında çalışan, sürücülük vəsiqəsi ilə "Galendwagen" idarə edən bir adam necə xəstə ola bilər?  " - deyə zərərçəkənin ailəsi bildirib. Qeyd edək ki, A.Mehdiyevin atası sabiq məmur, anası isə Dövlət doğum evlərinin birində ginekoloqdur.


Xəbərə aid foto