“Yaradanlar və yaşadanlar” layihəsinin yeni formatda açılış konserti keçirildi


Kriminal 12 Sen 2018 17:28:00 275 0

“Yaradanlar və yaşadanlar” layihəsinin yeni formatda açılış konserti keçirildi

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyasının "Yaradanlar və yaşadanlar" layihəsinin bu mövsümdə ilk tədbiri keçirilib.

Son.az xəbər verir ki, artıq üçüncü mövsümdür ki, sözügedən layihə çoxsaylı musiqisevərlərin ürəyinə yol tapıb. Layihənin keçirilməsində əsas məqsəd tamaşaçı ilə canlı ünsiyyət qurmaqdır.

Tamaşaçılar təmannasız olaraq bu musiqiləri canlı ifalarda dinləmək imkanı qazanırlar. Eyni zamanda, yeni mövsümdə yenidən start götürən "Yaradanlar və yaşadanlar" layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin foyesində heykəlləri ucaldılan sənətkarlar yad edilir, onların həyat və yaradıcılığından danışılır,eyni zamanda onların ifalarında tarixən sevilən sənət nümunələri müasir musiqiçilərin ifasında tamaşaçılara təqdim olunur.