“Şahdağ” Qış-Yay Turizm Kompleksi Turizm Agentliyinin tabeliyindən çıxarılıb


Siyasət 11 Sen 2018 09:32:49 255 0

“Şahdağ” Qış-Yay Turizm Kompleksi Turizm Agentliyinin tabeliyindən çıxarılıb

Turizm Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

“Report” xəbər verir ki, dəyişikliklə bağlı qərarı Baş nazirin birinci müavini Yaqub Eyyubov imzalayıb.

Qərarla “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”ndan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin adı çıxarılıb. Turizm Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.