Bostanında 410 ədəd çətənə yetişdirdi FOTO


Kriminal 08 Sen 2018 15:41:00 358 0

Bostanında 410 ədəd çətənə yetişdirdi  FOTO

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində qətiyyətli tədbirlər uğurla davam etdirilir.

DİN-dən Son.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Şirinbəy kənd sakini Elvin Cəfərov saxlanılıb. Onun rayonun Orta Muğan kəndi ərazisində icarəyə götürdüyü bostan bitkilərinin əkilməsi üçün nəzərdə tutulan sahəyə baxış keçirilən zaman oradan xüsusi qulluq olunaraq yetişdirilən ümumi çəkisi 184 kiloqram olan 410 ədəd çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq həmin sahədən əlavə olaraq qurudulmuş formada 2 kiloqram 700 qram marixuana da müəyyən edilib. Saxlanılan şəxs istintaqa verdiyi ifadəsində narkotik tərkibli bitkiləri bu ilin mayında əkdiyini və onlara qulluq edərək yetişdirdiyini etiraf edib.


Xəbərə aid fotolar