Arzu Nağıyev: "AzərbaycanXorvatiya münasibətləri hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır"


Siyasət 07 Sen 2018 23:03:00 417 0

Arzu Nağıyev: "AzərbaycanXorvatiya münasibətləri hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu gün Xorvatiya və Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələr vardır, bu əlaqələr genişlənir və güclənir.

Son.az bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Arzu Nağıyev deyib.

Ekspert deyib: "Bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir. Azərbaycan qaz hasilatının artırılması ilə bağlı əlavə addımlar atmaq və ixrac coğrafiyasını daha da genişləndirmək fikrindədir. Hesab edirəm ki, Azərbaycan və Xorvatiya arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur".

Arzu Nağıyev qeyd edib ki, Zaqrebdə imzalanan müqavilə də onu göstərir ki, iki ölkə arasında mədəni əlaqələr yüksək səviyyədə inkişaf edə bilər. Görüşdə bu sahədə də əlaqələrin inkişafı məsələləri müzakirə olunub. Həmçinin əczaçılıq, gəmiqayırma, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. "Hesab edirəm ki, Azərbaycan və Xorvatiya arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi hər iki ölkə üçün çox mühüm əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq ölkələrimiz üçün faydalı olacaq",- deyə ekspert vurğulayıb.